Qarabağ Azərbaycana qaytarılsın - Erməni tarixçi
Qarabağ erməniləri Azərbaycanın siyasi müstəvisinə qayıtmalıdır. Yüzillərlə ermənilər və azərbaycanlılar birgə yaşayıblar. Bizim ənənələrimiz, tarixi irsimiz birdir, vahid mentalitetimiz var. Niyə seçim hüququnu əlimizdən alıblar? İnanın, bir çox Qarabağ ermənisi Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının lehinə çıxış ediblər.
Virtualaz.org-un xəbərinə görə, bu sözləri erməni tarixçisi Artur Ağacanov deyib.
O, Ermənistanın hazırkı rəhbərliyinin hərb siyasətini qınayıb və hərbi ritorikadan əl çəkməyə çağırıb.
A.Ağacanov eyni zamanda Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin lokallaşmasındakı rolunu qeyd edib. Erməni ictimai xadim Qarabağ ermənilərini Ermənistanın işğalçı rejiminin təsirindən qurtarmağa və tarixi Vətənlə - Azərbaycanla yenidən inteqrasiyaya çağırıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26