Interposta.Info

Salmandan Abbasa şok rüşvət təklifi

Dünya
 2-05-2019, 11:23     10 417

Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Fələstin lideri Mahmud Abbasa “Əsrin müqaviləsi” layihəsini qəbul etməsi üçün 10 milyard dollar təklif edib.

Bu barədə “Yerusəlim Post” nəşri yazıb.

Nəşrin iddiasına görə, Məhəmməd bin Salman və Mahmud Abbas arasında keçirilən görüşdə Fələstin hökumətinin illik 1 milyard dollarlıq xərcinin olduğunu öyrənən vəliəhd müqavilə imzalamağı qəbul edəcəyi halda Abbasa 10 il ərzində 10 milyard dollar ödəməyi təklif edib.

Fələstin lideri Mahmud Abbas isə sözügedən qərarın siyasi kariyerasına son qoya biləcəyi düşüncəsi ilə təklifi rədd edib.

Qeyd edək ki, “Əsrin müqaviləsi” layihəsinin Ramazan ayından sonra açıqlanması gözlənilir./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26