Interposta.Info

Prezidentliyə namizəd olmaq istəyən Co Baydenə qadınlara sataşma ittihamı...

Dünya
 3-04-2019, 16:13     10 298

Qadın və təcavüz mövzusu ABŞ siyasətçilərinin əsas başağrısı sayılır. Xüsusilə prezident Donald Trampla əlaqədar bu məsələ tez-tez gündəmə gətirilir.

Lakin indi onun əsas rəqiblərindən biri sayılan, keçmiş vitse-prezident Co Bayden də eyni ittihamlarla üzləşib.

“The New York Times” qəzetinin məlumatına görə, 22 yaşlı Keytlin Karuso 3 il bundan öncə, yəni hələ 19 yaşında olduğu zaman Baydenin seksual təcavüzlərlə bağlı keçirilən bir tədbirdə əlləri ilə onun arxasına toxunduğunu və uzun müddət saxladığını iddia edib.

Digər şikayət isə yazıçı D.C. Hilldən gəlib. O, 2012-i ildə əri ilə irlikdə Co Baydenlə birlikdə fotoşəkil çəkdirərkən sonuncunun əllərini öncə onun çiyinlərinə, daha sonra isə kürəyinə qoyduğunu bildirib. Qadın yazıçı həmin vaxt özünü olduqca narahat hiss etdiyini deyib.
Baydenə qarşı Konnektikut ştatından 43 yaşlı Emi Lapos adlı qadın da ittiham irəli sürüb. O, 2009-cu ildə keçmiş vitse-prezidentin ianələrin toplanması il bağlı keçirilən bir tədbirdə ona sataşmaq istəyidini bildirib.

Emi Laposun sözlərinə görə, Donald Trampın bütün yaramazlıqlarına rəğmən demokratların bu davranışı qətiyyən yolverilməzdir.

Bütün bu ittihamların Co Baydenin prezidentliyə namizədləyini irəli sürmək niyyyətini bəyan etməsindən sonra gəlməsi ayrıca diqqət çəkir./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26