Interposta.Info

608 amerikalı hərbçinin ölümündə İran günahkardır – Şok iddia

Dünya
 3-04-2019, 11:00     10 346

ABŞ İraq müharibəsinin gedişatında 608 amerikalı hərbçinin həlak olmasında İranı ittiham edir.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran üzrə ABŞ-ın xüsusi nümayəndəsi Brayan Huk bildirib.

“Mən bu gün məxfilikdən çıxarılmış kəşfiyyat məlumatlarına əsaslanaraq elan edə bilərəm ki, İran İraqda 608 amerikalı hərbçinin həlak olmasına görə məsuliyyət daşıyır”, - Huk deyib.

Onun sözlərinə görə, bu, 2003-2011-ci illərdə ABŞ-ın bütün döyüş itkisinin 17 faizidir.

Huk əlavə edib ki, İran İraqı öz nəzarəti altında saxlamağa çalışır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26