Interposta.Info

İstanbulu İmamoğlu qazandı - rəsmi

Dünya
 1-04-2019, 13:30     10 397

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində İstanbul şəhərinin meri postuna CHP-nin namizədi Əkrəm İmamoğlu seçilib. Bu barədə artıq Yüksək Seçim Kurulunun rəsmi açıqlamasında bildirilir.

YSK-nin sədri Sadi Güvən bildirib ki, Əkrəm İmamoğlu seçicilərin 4 milyon 159 min 650 səs qazanıb, onun əsas rəqibi Binəli Yıldırım isə 4 milyon 131 min 761 səs toplayıb.

Bu da o deməkdir ki, İstanbul şəhərinə artıq CHP-li başqan rəhbərlik edəcək. Bu, Ankara və İzmirdən sonra CHP namizədlərinin rəhbərlik edəcəyi üçüncü böyük şəhərdir./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26