Interposta.Info

İmamoğluna bələdiyyə sədri vəsiqəsi təqdim olundu

Dünya
 17-04-2019, 21:29     10 257

Cümhuriyyət Xalq Partiyasından (CHP) İstanbul bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlunun seçkilərdə qalib gəldiyi təsdiqlənib.
Bu gün İmamoğlu İstanbul Ədalət Sarayına gələrək bələdiyyə sədri seçildiyinə dair sənədi alıb.

Səsvermənin nəticələri təkrar araşdırıldıqdan sonra Əkrəm İmamoğlunun 4 milyon 169 min 765 səs, Ədalət və İnkişaf Partiyasından İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırımın isə 4 milyon 156 min 36 səs aldığı müəyyənləşib.

***
İstanbul Bələdiyyə Seçki Komissiyası CHP-li namizəd Əkrəm İmmaoğluna şəhərin bələdiyyə sədri vəsiqəsini təqdim edib.

Bununla da, AKP-nin İstanbulda təkrar seçkilərin keçirilməsi üçün Türkiyə Ali Seçki Komissiyasına (ASK) etdiyi fövqəladə etiraz müddəti başa çatmadan İmamoğluna vəsiqənin verilməməsi ilə bağlı tələbi rədd edilib.

Qeyd edək ki, 31 martda İstanbulda keçirilən seçkinin rəsmi olmayan nəticələrinə görə, CHP-nin namizədi Əkrəm İmamoğlu 4 milyon 169 min 765, AKP-nin namizədi Binəli Yıldırım 4 milyon 156 min 36 səs toplayıb.

Onu da deyək ki, ASK təkrar seçkilərlə bağlı AKP-nin müraciətinə hələ cavab verməyib. Əgər AKP-nin şikayəti təmin edilərsə, o zaman İstanbuldakı bələdiyyə seçkiləri yenidən keçiriləcək./azvision.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26