Interposta.Info

Alman mediası yenə Məsud Özildən yazdı - "Nikah şahidi prezident Ərdoğan olacaq"

Dünya
 30-03-2019, 20:15     10 360

Alman mediası futbolçu Məsud Özil haqqında yeni yazıyla çıxış edib.

Media irçiliklə qarşılaşdığı üçün Almaniya milli komandasını tərk edən Məsud Özilin toya hazırlaşdığını yazıb.

Qeyd olunur ki, məşhur futbolçunun nikah şahidi Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan olacaq. Məsud və Gülse çütlüyü ötən həftə toy dəvətnamələrini Atatürk hava limanında Türkiyə prezidentinə veriblər.

Alman mediasının yazdığına görə, Türkiyənin hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası (AKP) Özil və Gülse çütlüyünün prezident Ərdoğanla hava limanında çəkdirdiyi fotonu Türkiyədəki seçki öncəsi təbliğat vasitəsi kimi istifadə edir.

Eyni zamanda Məsüd Özilin toyuna Almaniya prezidenti Frank Valter Ştanmayeri də dəvət etdiyi deyilir. Amma bu rəsmi olaraq təsdiq olunmayıb./musavat.com

İnterPosta.info

Alman mediası yenə Məsud Özildən yazdı - "Nikah şahidi prezident Ərdoğan olacaq"

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26