Interposta.Info

Litvada 8 nəfər qripdən öldü

Dünya
 31-01-2019, 23:21     10 388

Bu mövsüm qrip epidemiyasının sürətlə yayılması fonunda Litvada səkkiz ölüm faktı qeydə alınıb.

Litvanın Yoluxucu Xəstəliklər və QİÇS Mərkəzinin (ULAC) məlumatında deyilir: “Zərərçəkənlərin heç biri vaksinasiya olunmayıb. Çoxunun sağlamlıqla bağlı başqa problemləri olub. Onların hamısı əvvəlcə evdə müalicə olunmaq istəyib”.

ULAC-ın məlumatına görə, qrip qurbanlarının yaşı 50-95 civarındadır.

Son günlər Litvada qrip epidemiyasının yayılması sürətlənərək, ölkə bələdiyyələrinin təqribən üçdəbir hissəsini əhatə edib. 60 bələdiyyədən 18-i, o cümlədən Vilnüs bələdiyyəsi qrip epidemiyasının başlandığını elan edib. Qripin intensivliyi yanvar ayının üçüncü həftəsində hər 10 min sakinə 146 yoluxma faktı ilə müqayisədə dördüncü həftəsində hər 10 min nəfərə 156 yoluxma faktı təşkil edib.

Qeyd edək ki, qripə yoluxanların sayı bir həftə ərzində hər 10 min sakinə 100 nəfərdən çox olanda qrip epidemiyası elan olunur.

ULAC-ın məlumatına görə, qrip epidemiyası nəticəsində 79 məktəbdə dərslər təxirə salınıb./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26