Interposta.Info

Putinin Kabayeva ilə evlilik xəbəri yayıldı - VİDEO,FOTO

Dünya
 17-01-2019, 15:17     10 600

Rusiya dövlət başçısı Vladimir Putin ilə gimnast Alina Kabayeva ilə sevgi məcarası yenidən gündəmə gəlib.

Rusiya prezidentinin 12 ildir münasibətdə olduğu idmançı ilə evlənəcəyini iddia edir.

Putinin müsahibələrinin birində evlənmək barədə düşündüyünü deməsi bu xəbərlərin yaranmasına səbəb olub.

66 yaşlı Putin (7 oktyabr 1952) özündən 29 yaş kiçik Kabayeva (12 may 1983) ilə sevgi romanlarından hələ 2006-cı ildən danışılır. 2013-cü ildə Kabayeva idman karyerasına son qoyması münasibətilə dövlət başçısı onu mükafatlandırarkən cütlüyün isti münasibəti jurnalistlərin gözündən yayınmadı və bununla da şayiələrin təsdiqləndiyini yazdılar.

Putinin Kabayeva ilə evlilik xəbəri yayıldı - VİDEO,FOTO

Putinin 2014-ci ildə 31 illik həyat yoldaşı Lyudmiladan boşanmasına Kabaevanın səbəb olduğu iddia edilir.

2015-ci ildə İsveçrə mediası Rusiya prezidentinin idmançı Kabayeva ilə ortaq övladlarının doğulduğunu yazmışdı. Onu da qeyd edək ki, hər iki tərəf bu xəbərləri dəfələrlə təkzib edib./BAKU.WS

İnterPosta.info


Putinin Kabayeva ilə evlilik xəbəri yayıldı - VİDEO,FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26