Interposta.Info

Putinin ən çox yola getmədiyi ABŞ prezidenti kim olub?

Ölkə
 12-03-2020, 09:11     390

Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın bir neçə prezidenti arasında konstruktiv münasibətlər olub.

Qaynarinfo xəbər verir ki, Rusiya lideri bunu TASS-a müsahibəsində deyib.

"Həqiqətən hamı ilə olduqca konstruktiv münasibətim olub", - deyə dövlət başçısı jurnalist Andrey Vandenkonun sualını cavablandırıb.

Donald Tramp ilə görüşlərdən danışan Putin ABŞ prezidentinin onu sadəcə adıyla çağırdığını qeyd edib. Buna görə Rusiya lideri də ona adıyla müraciət edir.
"Buşla yaxşı münasibətim olub" deyən Rusiya prezidenti Vandenkonun Barak Obamayla münasibətlərinin "o qədər də alınmaması” sualına Putin deyib: "Belə də, qanadlandı, ancaq uçmadı", - deyə cavab verib.

Rusiya prezidentinin sözlərinə görə, o, Obamanın ABŞ vətəndaşlarının hüquqları ilə bağlı mövqeyi ilə razılaşmır: "O demişdi ki, amerikalılar xüsusi bir xalqdır, onların xüsusi, müstəsna hüquqları var. Mən bununla razılaşa bilmərəm. Tanrı hamını bərabər yaradıb, hansısa millətin müstəsna olduğunu demək tamamilə əsassızdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26