Interposta.Info

"Sarı jiletlilər" daha bir Avropa ölkəsini qarışdırdı - Bu dəfə millət vəkilləri də küçələrə axışdı

Dünya
 10-12-2018, 12:01     442

Fransanın paytaxtı Parisdə başlayan və bütün Avropanı cənginə alan “Sarı jiletlilər” üsyanı bu dəfə Monteneqronun paytaxtında təşkil edilib.

Publika.az xəbər verir ki, paytaxt Podqorikada hökumətə qarşı “diktatorun qaranlığından qorxmuruq” şüarları ilə etiraz aksiyası keçirilib.

Millət vəkili Neboysa Medoyeviçin həbs edilməsinə etiraz olaraq baş qaldıran aksiyada yüzlərlə “sarı jiletli” müxalifətçi iştirak edib.

Protestə Demokratik Cəbhə Partiyasının millət vəkilləri ilə yanaşı, bir çox parlamentari də qatılıb. Milət vəkilləri hökuməti devirmək gücünə malik olduqlarını dilə gətiriblər.

Qeyd edək ki, "Sarı jiletlilər" üsyanı Fransa prezidenti Emmanuel Makronun yanacaq vergilərinin artırılması qərarına etiraz olaraq təşkil edilmiş, daha sonra Belçika və Hollandiyada da bənzər etirazlar keçirilmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26