Interposta.Info

11 sentyabr terrorçusu azadlıqda... - Onu qəhrəman kimi qarşılayıblar

Dünya
 1-11-2018, 16:14     10 349

Musavat.com dailymail.co.uk saytına istinadən xəbər verir k, 11 sentyabr terrorçusu ötən günlərdə azadlığa çıxıb və qəhrəman kimi qarşılanıb.

Münir-əl-Motassadiq 11 sentyabr terror aktına görə həbs edilən terroçulardan biri olub. Həbsdən azad olunduqdan sonra o, Almaniyadan Mərakeşə deportasiya edilib və 2064-cü ilə qədər Almaniyaya girişi qadağan edilib. Deportasiya zamanı onun gözü bağlı olub və xüsusi təyinatlılar tərəfindən müşayiət edilib.

Ailə yaxınlarının verdiyi məlumata görə, əl-Motassadiqi qarşılamaq və “xoş gəldin” demək üçün insanlar onun evini ziyarət ediblər. Qonşuları terrorçunun azadlığa çıxmasından narahat olmadıqlarını bildirib.

Terrorçu əl-Motassadiqin 44 yaşı var. Almaniya məhkəməsinin qərarına görə, 11 sentyabr terror aktını törətməkdə təqsirləndirilərək 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Münir 19 yaşında Almaniyaya gedib və Hamburq Texniki Universitetinin mühəndislik fakültəsində təhsil alıb. O, 11 sentyabr hadisəsindən iki ay sonra həbs edilib.

Əl-Motassadiq terror aktını törədənlərdən biri Məhəmməd Atanın Almaniyada dostu olub. Məhəmməd Ata Hamburqda “əl-Qaidə”nin liderlərindən biri olub.

Təhqiqata görə onun Marvan-əl-Şehhinin bank hesablarına vəkalət haqqı olub. Marvan Dünya Ticarət Mərkəzinə hücum edən pilot terroçulardan biri olub. Motassadiq bundan əlavə, bəzi təşkilat üzvlərinə bank köçürmələrini də yerinə yetirib və onların nə zaman ABŞ-da olduğunu da bilib. Məhkəmədə ifadə verərkən məhkum bildirib ki, onun terror aktından xəbəri olmayıb. Lakin onu da qəbul edib ki, Əfqanıstanda təşkil edilən “əl-Qaidə”nin düşərgəsində iştirak edib.

Bütün bu dəlillər məhkəmə tərəfindən terror aktını törətməkdə təqsirli bilinib və Motassadiq 15 illiyinə azadlıqdan məhrum edilib.

2001-ci 11 sentyabr tarixli terror aktında Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzi və Pentaqona edilən hücumlar nəticəsində 2977 nəfər öldürülmüşdü.

Mərakeşdə ailəsi ilə birlikdə yaşayan terrorçunun polix tərəfindən nəzarətdə saxlanılacağı bildirilib.

İnterPosta.info

11 sentyabr terrorçusu azadlıqda... - Onu qəhrəman kimi qarşılayıblar11 sentyabr terrorçusu azadlıqda... - Onu qəhrəman kimi qarşılayıblar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26