Interposta.Info

“The New York Times”: “Türkiyə ər-Riyadın siyasi rüşvətini rədd edib”

Dünya
 24-10-2018, 18:58     8 173

Səuddiyə Ərəbistanı bu il okrtyabırn 2-də İstanbul konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı olaraq Türkiyə ilə siyasi alver etmək istəyib.

Lakin prezident Rəcəp Tayyip Ərdoğan bunu qətiyyətlə rədd edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir maraqlı məlumat ABŞ-ın “The New York Times” qəzetində çıxıb.

Qaşıqçı məsələsini hər gün qaşıyıb yeni faktlar ortaya çıxaran qəzet böhranın yaşanmasının arxasınca kral Salmanın oktyabrın 11-də Məkkə əmiri Xalid əl Faysalı Ankaraya göndərdiyini yazıb.

“The New York Times”: “Türkiyə ər-Riyadın siyasi rüşvətini rədd edib”

Xalid Əl Faysal


Türkiyə prezidentinə yaxın qaynaqlardan qəzetə verilən xəbərə görə, Xalid əl-Faysal Türkiyəyə Qaşıqçı insidentində susqun qalmasından ötrü bir sıra təkliflər çatdırıb.

Ankaraya Qətərə yönəlik iqtisadi blokadanın qaldırılması ilə birlikdə, milyardlıq sərmayələr və maliyyə dəstəyi vəd olunub.

Lakin prezident Ərdoğan bunu “siyasi rüşvət” kimi dəyərləndirərək əsəbi şəkildə rədd edib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26