Interposta.Info

İgid odur, atdan düşə, xurd-xəşil olmaya - Berdımühəmmədov atdan yıxıldı, xəsarət aldı - VIDEO

Dünya
 11-10-2018, 11:38     10 441

Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov qatıldığı cıdır yarışında minib çapdığı atdan yıxılıb. Prezidentin atdan yıxılması gözlənilməz olub. Çünki həmin vaxt o, hamar cıdırda atını yenicə çapmağa başlayıbmış. Berdimühəmmədovun yerə yıxılandan sonra tərpənməz qalması, daha sonra mühafizəçilər tərəfindən təcili şəkildə xəstəxanaya aparılması göstərir ki, onun aldığı xəsarətlər ciddidir.

Cıdırdakı hadisənin videolentə düşməsi isə ondan xəbər verir ki, prezident öz at çapmaq məharətindən təbliğat məqsədilə istifadə etməyi düşünüb.

Ümumiyyətlə, o, bu kimi PR üsullarından vaxtaşırı istifadə edir: gah gitarada ifa edə-edə mahnı oxuyur, gah özünün sərrast atıcı olduğu sübut etmək üçün uyğun yarışlara qatılır, gah da avtomobil ötüşdürmə yarışlarında iştirak edir... həmişə də qalib gəlir. Bu dəfə isə tərifli türkmən atlarından biri büdrəyərək onun niyyətini fiaskoya uğradıb, üstəlik bel-buxununun əzilməsinə səbəb olub.

interposta.info



İgid odur, atdan düşə, xurd-xəşil olmaya - Berdımühəmmədov atdan yıxıldı, xəsarət aldı - VIDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26