Interposta.Info

Şinzo Abe Trampın yanında çuxura yıxıldı -

Dünya
 11-11-2017, 07:58     10 464

Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ Prezidenti Donald Trampla birlikdə qolf oynadığı zaman çuxura yıxılıb.

Axar.az xəbər verir ki, bu barədə yerli televiziya kanallarında informasiya yayılıb.

Şinzo Abe oyun zamanı növbəti zərbədən sonra çuxurdan çıxmağa çalışarkən müvazinətini itirib və yıxılıb. Baş nazirin başına gələn hadisəni Donald Tramp həmin an görməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Asiya bölgəsinə səfəri çərçivəsində Yaponiyanı da ziyarət etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26