Interposta.Info

İndoneziyada zəlzələ və sunami fəlakəti: azı 50 ölü var

Dünya
 29-09-2018, 09:34     10 388

Ötən gün İndoneziyanın Palu şəhəri, Sulavesi adası sahillərində baş verən 7,5 bal gücündə zəlzələdən sonra ölü sayı artmağa davam edir.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, güclü təkandan sonra Sulavesi adasında hündürlüyü 2 metrə çatan sunami qeydə alınıb. 50 nəfərin öldüyü artıq təsdiqlənib, yaralıların olduğu bildirilir. Təbii fəlakət qurbanlarının sayının artması ehtimal edilir.

300 min nəfərin yaşadığı Paluda xilasetmə tədbirləri start götürüb, lakin rəsmilər əlaqə vasitələrinin kəsildiyini, əməliyyatın çətinliklə aparıldığını açıqlayıb.

Qeyd edək ki, ötən gün İndoneziyada bir neçə güclü təkan müşahidə edilmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26