Interposta.Info

Rusiya yəhudilərinin baş ravvininin Tehrana səfər etdiyi üzə çıxdı

Dünya
 4-09-2018, 16:02     10 332

Onun İsrailin mesajlarını İran rəhbərliyinə çatdırdığı deyilir
Rusiyanın baş ravvini Berl Lazar bu ilin yazında Tehrana səfər edibmiş.

Daha öncə İsraill mətbuatında çıxan bu informasiya Rusiya mediasında öz əksini tapıb.

Rusiyanın diplomatik qaynaqları tərəfindən “Kommersant” qəzetinə verilən məlumatda Berl Lazarın həqiqətən 8-9 aprel tarixlərində Tehranda olduğu təsdiqlənib.

Qeyd olunur ki, yəhudi baş ravvin həmin vaxt Tehranda rəsmi səfərdə olan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olub. Həmin səfər zamanı Dumanın və İran Məclisinin milli təhlükəsizlik komissiyalarının birgə iclası, habelə Ruisya-İran iş forumu keçirilib.

Bundan başqa, Rusiyanın Sənaye-ticarət palatasının nümayəndələri Tehrandakı görüşlərdə iştirak ediblər.

Rusiya yəhudilərinin baş ravvininin Tehrana səfər etdiyi üzə çıxdı

İsrailin “Ynet” qəzetinin verdiyi məlumata əsasən, Berl Lazar ziyarət zamanı İrandakı yəhudi icması ilə görüşüb, sinaqoqa baş çəkib və yəhudi məktəbinə gedib.

“İsrael a-Yom “qəzeti isə Lazarın səfərinin həm də siyasi-diplomatik xarakter daşıdığını xəbər edib. Belə ki, Berl Lazar Rusiya və İsrailin İranın Suriya ərazilərindən gedişi məsələsini müzakirə etmək üçün Tehranla rəsmi əlaqə qurmağa çalışıb.

“Kommersant” qəzeti yəhudi ruhaninin böyük ehtimalla Rusiyadakı situasiya ilə bağlı olaraq İran tərəfindən siyasi mesaj çatdırdığını bildirib.

Rusiya Yəhudilər Federasiyasının ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Borux Qorin baş ravvinin Tehran ziyarətini nə təsdiq, nə də inkar edib və ümumiyyətlə bu barədə şərh verməkdən boyun qaçırıb.

Rusiya yəhudilərinin baş ravvininin Tehrana səfər etdiyi üzə çıxdı

Qeyd olunur ki, İrandakı yəhudi icması təxminən 20-25 min vətəndaşdan ibarətdir. Yəhudilərin əksəriyəti 1979-cu il inqilabından sonra köçüb gedib. Lakin İran paytaxtnda 20-ə yaxın sinaqoq hələ fəaliyyət göstərir.

İran İsraili dövlət kimi tanımasa da, İsrail və yəhudiləri bir-birindən ayırdığını bəyan edir. İran ali məktəblərində ivrit dili digər şərq dilləri ilə eyni səviyyədə tədris olunur. Özü də dərsləri deyən ABŞ və Avropadan gələn yəhudi əsilli müəllimlərdir. İvritcə bilən iranlılar isə hüquq-mühafizə orqanlarında daha tez işə qəbul olunur.

Rusiya yəhudilərinin baş ravvininin Tehrana səfər etdiyi üzə çıxdı

İranın keçmiş prezidenti Məhəmməd Hatəminin vaxtında ölkədə yaşayan yəhudilərn xaricə getmə şərtləri asanlaşdırılıb. 2014-cü ildə isə indiki prezident Həsən Ruhaninin vaxtında Tehranda İran-İraq müharibəsində həlak olan yəhudi döyüşçülərin şərəfinə ucaldılmış abidənin açılış mərasim keçirilib./musavat.com

interposta.info

Rusiya yəhudilərinin baş ravvininin Tehrana səfər etdiyi üzə çıxdı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26