Interposta.Info

Səudiyyə Ərəbistanında hüquq müdafiəçisi olan qadının başını kəsiblər

Dünya
 22-08-2018, 10:01     10 476

Səudiyyə Ərəbistanında hüquq müdafiəçisi olan qadını edam ediblər.

Oxu.Az-ın “Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, 29 yaşlı İsra əl-Humqam hökumət əleyhinə etirazlarda iştirakına görə ölüm hökmünə məhkum edilib.

Qadın Qatif şəhərində keçirilən nümayişdə iştirak etdikdən sonra həbs olunub. Son illərdə İsra əl-Humqam Səudiyyə Ərəbistanında ölüm cəzası alan ilk qadındır.

Məhkəmə qərarı ilə avqustun 20-də Humqamın başı kəsilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26