Interposta.Info

Səudiyyə Ərəbistanında təhlükəsizlik xidmətinin patruluna hücum edilib,

Dünya
 12-06-2017, 11:16     574

Səudiyyə Ərəbistanının şərqində Əl-Katif əyalətində naməlum silahlılar təhlükəsizlik xidmətinin patruluna hücum edib.

APA-nın məlumatına görə, bu barədə “Əl-Arabiya” telekanalı xəbər verib.

İnsident nəticəsində təhlükəsizlik xidmətinin bir zabiti həlak olub, daha ikisi yaralanıb.

Səudiyyə Ərəbistanının daxili işlər nazirliyi faktı təsdiqləyib. İlkin məlumata əsasən, patrul avtomobilinə partlayıcı qurğu atılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26