Interposta.Info

Trampa müraciət:

Dünya
 2-08-2018, 15:01     10 408

Ermənistan ərazisində ABŞ-ın rəhbərliyi altından Yezidistan dövləti yaradılmalıdır.

"XeberBiz" Axar.az-a istinadən xəbər verir ki, belə bir bəyanatla Vaşinqtonda yezidi kürdlərin sultanı Kelaş çıxış edib. O, ABŞ Prezidenti Donald Trampa bununla bağlı məktub göndərdiyini də bildirib:

“Ermənistandakı yezidi kürdlərin maraqlarını nəzərə alaraq, Yezidistan dövləti yaradılmalı və bu ərazi ABŞ-ın administrativ ərazisi sayılmalıdır. Əks halda 2 milyon yezidi soyqırım təhlükəsi gözləyir”.

Onun sözlərinə görə, guya G-7 ölkələrinin Ermənistan ərazisində yezidlər üçün ərazi ayırmaq haqqında qərarı var və bu, yezid dövlətinin yaradılmasının vacib olduğunu bir daha göstərir:

“Bunu yalnız ABŞ həll edə bilər. Belə ki, hazırda bu ölkənin ordusu dünyanın ən güclüsüdür. Buna görə də biz ABŞ hökumətinə müraciət edirik ki, yezidləri xilas etsin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26