Interposta.Info

Erməni KİV: Ölkə 20 il terrorla idarə olunub

Dünya
 28-07-2018, 12:35     10 393

Ermənistan KİV-ləri sabiq prezident Robert Köçəryanın həbsinin uzun müddətdir Ermənistanda qeyri-konstitusion fəaliyyət göstərən rejimin aradan qaldırılmasından xəbər verdiyini yazır.

Axar.az xəbər verir ki, Robert Köçəryanın prezidentliyi dövründə konstitusiya quruluşunun devrilməsinə səbəb olduğu bildirilir. Ölkə mətbuatı buna misal olaraq 1 mart hadisələrini göstərib. Robert Köçəryan xələfi Serj Sərkisyana da güc verib. Belə ki, Serj Sərkisyan 10 il ərzində hakimiyyəti devrilmiş konstitusiya quruluşu ilə idarə edib.

Qeyd olunur ki, 1998-ci ildə Robert Köçəryan və siyasi tərəfdaşları seçki saxtakarlığı edərək 20 il müddətinə qanunsuz olaraq hakimiyyəti işğal ediblər. 2003-2004-cü illərdə Köçəryan hakimiyyətinə qarşı çıxanlar kütləvi şəkildə həbs olunub və sui-qəsdlərə məruz qalıb. Robert Köçəryan və Serj Sərkisyan parlamentdə, o cümlədən ayrı-ayrı dövlət qurumlarında terror aktları həyata keçirib.

Bir sözlə, Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26