Interposta.Info

Robert Köçəryan azadlığa çıxıb, ancaq ittihamlar üzərindən götürülməyib

Siyasət
 13-08-2018, 21:35     10 395

Koçaryanın həbsi qeyri-qanunidir? –Məhkəmədən gözlənilməz qərar

Ermənistan Apellyasiya Məhkəməsi ölkənin keçmiş prezidenti Robert Koçaryanın həbsinin qeyri-qanuni olduğunu dair qərar çıxarıb. Qeyd edək ki, sabiq prezidentin vəkilləri həbbsin inqanunsuzluğuna dair şikayət ərizəsini avqustun 10-da veriblər.

Bazar ertəsi Ermənistan Apellyasiya Məhkəməsi ölkənin eks-prezidenti Robert Köçəryanın vəkillərinin şikayətini təmin edib və onun barəsində həbs qətimkan tədbirini dəyişib.

Ermənistan KİV-in məlumatına görə, Apellyasiya Məhkəməsi R.Köçəryanın "toxunulmazlığını" nəzərə alaraq həbs qətimkan tədbirini dəyişib.

Bundan öncə parlamentin 45 deputatı həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışdı, ancaq prokuror təmin etməmişdi.

Xatırladaq ki, bu ilin iyulun 26-da Xüsusi İstintaq Xidməti 2008-ci il martın 1-də etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində R.Koçaryana qarşı Konstitusiya quruluşunun devirilməsi ittihamını irəli sürüb. Bundan bir gün sonra o, iki ay müddətinə həbs olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26