Interposta.Info

Baxçalıdan Akşənərə dəstək: Arxasında durun

Dünya
 23-07-2018, 15:36     10 347

Xanım (Maral Akşənər nəzərdə tutulur – red.) Tvitterdə açıqlama verərək namizəd olmayacağını qeyd edib. Bu halda Koray Aydın və bəzi dostlarına böyük vəzifə düşür.

Axar.az xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı deyib.

“Xanımı mütləq razı salmalı və arxasında duraraq vəzifəsinin davam etməsini təmin etməlidirlər. Bu, demokratiya və İYİ Partiyası üçün son dərəcə faydalı olacaqdır”, - Baxçalı bildirib.

Xatırladaq ki, MHP-nin bazası üzərində qurulan İYİ Partiyasının sədri Maral Akşənər ötən gün istefa verdiyini açıqlayıb və 3 həftə ərzində partiya qurultayında yeni sədrin seçiləcəyini, sədrliyə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26