Interposta.Info

“Bu adamı durdurmaq mümkün deyil” - Tramp nəyin bahasına olursa-olsun, Putinlə görüşmək istəyir

Dünya
 20-06-2018, 13:56     10 416

“Sinqapurda, Şimali Koreya lideri Kim Çen Inla görüşdən sonra prezident Donald Tramp öz komandasından daha böyük bir hadisənin təşkil olunmasını tələb edib. ABŞ prezidenti yay aylarının birində Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyir.

The New Yorker qəzeitndən Syuzen Qlasserin yazdığına görə, Kremllə danışıqlar artıq bir neçə həftədir ki, davam edir. “Bu adamı durdurmaq mümkün deyil. O mütləq Putinlə üz-üzə söhbət etməyi arzulayır və yəqin ki bunu edəcək”, - prezident administrasiyasına yaxın şəxslərdən biri jurnalistə söyləyib.

Qəzetin yazdığına görə, Tramp Putinlə sammit barədə seçildiyi gündən fikirləşir. ABŞ prezidenti prokuror Müllerin təhqiqatının getdyi bir vaxtda belə bir görüşmənin riskli olacağı barədə köməkçilərinin xəbərdarlıqlarına da qulaq asmır.

“Mənə olduqca yüksək rütbəli bir məmurun söylədiyinə görə, məsələ ətrafında danışıqlar Putini seçilməsindən bir neçə gündən sonra iki ölkə arasındakı telefon danışığından sonra başlayıb. Tramp həmin telefon danışığında köməkçilərinin Putinin prezident seçilməsi ilə əlaqədar “OLMAZ” çağırışlarına məhəl qoymayıb. O, acığa Kremlin sahibini təbrik edərək, onu hətta Ağ Evə rəsmi görüşə çağırıb.

Telefon danışığından sonra isə Kreml dərhal dəvət barədə xəbəri yayıb və sammitin müddəti ilə əlaqədar lobbiçiliyə başlayıb”, - müəllif yazır.
Vladimir Putin görüşün 3-ci ölkənin ərazisində keçirilməsini təklif edib.

Bunun üçün ən münasib ölkənin Avstriya və onun paytaxtı Vyana olduğuna dair xəbərlər gəlir.

Ağ Ev insayderlərinin məlumatına görə, sammit Trampın NATO toplantısında iştirak etmək üçün Avropa səfəri zamanı baş tuta bilər.

Məqalədə bu gəlişmənin avropalı liderləri olduqca narahat etdiyi, bunun bütün diplomatik etik qaydaları pozması anlamına gələ biləcəyi vurğulanır.

“Rusiya mövzusu Tramp üçün daha bir sınaq ola blər”, - məqalədə yazılıb. Müəllifin fikrincə, əslində Donald Trampın Putinlə görüş zamanı müzakirə edə biləcəyi hansısa gündəliyi də yoxdur. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbouya görə, bu görüş Trampın daha bir sərt diktatorla əl sıxışması seansından başqa bir şey olmayacaq.

Qərb ekspertlərini isə Putinin görüş zamanı, Ağ Ev rəhbərindən iqtisadi sanksiyaların götürülməsi kimi mühüm güzəştlər qopara biləcəyi ehtimalı narahat edir.
Trampın ətrafındakı, xarici siyasətin başında duran iki şəxs - dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton isə prezidentdən heç olmasa Moskvadan Ukraynaya qarşı təcavüzkar hərəkətləri dayandırmağı tələb etməsini istəyirlər./musavat.com

“Lakin Şimali Koreya ilə görüş göstərdi ki, Tramp üçün bunun elə bir əhəmiyyəti də yoxdur”, - müəllif yazır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26