Interposta.Info

Azərbaycanlı milyarderin yanacaqdoldurma məntəqləri onlarla maşını yolda qoydu –

Dünya
 9-06-2018, 11:16     10 537

Dünən Moskva-Sankt-Peterburq şossesində onlarla avtomobil və avtobus yolda qalıb. Musavat.com-un Rusiya KİV-lərinə istinadən məlumatına görə, buna səbəb şosse boyu “Lukoyl”un yanacaqdoldurma məntəqələrinin işləməməsi olub.

Məlumata görə, Moskvadan üzü Peterburqa doğru 550 kilometrlik məsafədə “Lukoyl”u məntəqələri çalışır. Və bu məntəqlərin hamısı bu və ya digər səbəbdən işləməyib. Məntəqlərin çalışmamaması texniki problemlə əlaqələndirilsə də, “Lukoyl”dan rəsmi cavab verilməyib.

Gecəyə doğru vəziyyət qismən sabitləşib. Sürücülər yola davam edə biliblər.

Xatırladaq ki, “Lukoyl”un prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdur.

interposta.info
Azərbaycanlı milyarderin yanacaqdoldurma məntəqləri onlarla maşını yolda qoydu –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26