Interposta.Info

Serj Sarkisyanın iqamətgahı mühasirəyə alındı

Dünya
 18-04-2018, 12:14     10 373

Ermənistanın yeni baş naziri Serj Sarkisyana qarşı etiraz aksiyaları davam edir.

Qaynarinfo News.am-a istinadən xəbər verir ki, nümayişin rəhbəri olan Milli Məclis üzvü Nikol Paşinyan və çox sayda insan ölkə rəhbərinin iqamətgahı önünə toplaşıblar. Binanın blokadaya alınacağını deyən Paşinyan bildirib ki, Sarkisyan gecə tikanlı məftillərin yığışdırılmasına göstəriş verib, lakin o özü Ermənistana bu məftillərin arxasından boylanacaq.

Qeyd edək ki, 13 apreldə başlayan etirazlara baxmayaraq Serj Sarkisyan dünən baş nazir elan edilib. Ermənistanda prezident səlahiyyətləri baş nazirə keçib. Sabiq prezident Sarkisyanın bu vəzifəyə təyini onun ölkəyə yenidən rəhbərlik etməsi deməkdir.

interposta.info


Serj Sarkisyanın iqamətgahı mühasirəyə alındı
Serj Sarkisyanın iqamətgahı mühasirəyə alındı
Serj Sarkisyanın iqamətgahı mühasirəyə alındı
Serj Sarkisyanın iqamətgahı mühasirəyə alındı
Serj Sarkisyanın iqamətgahı mühasirəyə alındı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26