Interposta.Info

Terrorçular stadionu partlatdı:

Dünya
 13-04-2018, 14:20     10 383

Somalidə stadionda partlayış baş verib.

interposta.info
Qaynarinfo-a istinadən xəbər verir ki, ölkənin Aşağı Şabelle bölgəsində yerləşən bir stadionda baş verən partlayış nəticəsində aralarında futbolçuların da olduğu 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Aşağı Şabelle bölgəsinin rəhbərinin müavini Abdifatah Haci Abudlle yerli mediaya açıqlamasında Barave qəsəbəndəki stadionda yerli komandanın oyunu zamanı stadiona əvvəlcədən yerləşdirilmiş bombanın partladığını bildirib. O, terror aktının "Eş-Şebab" terror təşkilatı tərəfindən törədildiyini deyib.

Bu arada "Eş-Şebab" terror təşkilatı da özünə yaxın media orqanları vasitəsi ilə açıqlama yayaraq məsulmiyyəti üzərinə götürüb. Hətta terrorçular partlayış zamanı Uqanda əskərlərinin də aralaında olduğu yerli dövlət məmurlarının həlak olduğu iddia edilib.

"Reuters"in məlumatına görə, bu "Eş-Şebab"ın idman arenasında törətdiyi ilk terror aktı olub.

interposta.info

Terrorçular stadionu partlatdı:
Terrorçular stadionu partlatdı:
Terrorçular stadionu partlatdı: Terrorçular stadionu partlatdı:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26