Interposta.Info

32 generalı məhv edən Putini öldürmək haqqımız var - General

Dünya
 13-04-2018, 11:40     10 397

Ukraynanın istənilən vətəndaşı Rusiya Prezidenti Vladimir Putini fiziki məhv etmək haqqına sahibdir.

Axar.az xəbər verir ki, bunu Obozrevatel TV-yə müsahibəsində ukraynalı deputat, ehtiyatda olan general-leytenant Qriqori Omelçenko deyib.

“2014-cü ilin aprelində televiziyalardan birindəki birbaşa efir zamanı bəyan etdim ki, Putin mənim və ya mənim komandam tərəfindən kiçik bir imkan olacağı halda məhv ediləcək. Bütün bundan beynəlxalq hüququn normaları çərçivəsində deyilən ifadələr idi. Beynəlxalq hüquq, müharibənin aparılması haqqında qanunlar və Konstitusiya hər bir Ukrayna vətəndaşına Putinin fiziki məhvi imkanı verir, bunu cinayət hesab etmir. Bütün bu haqq yalnız Ukrayna vətəndaşlarına aiddir.

Kreml rəhbərinin özü son illərdə onlarla generalın ölüm əmrini verib. Malaziya təyyarəsinin məhvi və Polşa prezidentinin təyyarəsinin qəzası işlərini araşdırandan sonra mənə bəlli oldu ki, indiyə qədər Putinin qrupu tərəfindən onun cinayətlərinin iştirakçısı və şahidi olan 32 general məhv edilib”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26