Interposta.Info

“Allahın çubuğu” ilə zərbə endiriləcək - Pentaqon kosmosda müharibə anonsu verdi

Dünya
 28-02-2018, 18:59     10 345

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Baş Qərargahının rəhbəri Devid Qoldfeyn Florida ştatında keçirilən Hərbi-hava assosiasiyasının və texnalogiya Sərgisinin 34-cü illik Simpoziumunda kosmosda müharibə olacağının anonsunu verib.

BakuPost xəbər verir ki, bu barədə "Space News" nəşri yazıb. Hərbçi bildirib ki, Birləşmiş Ştatlar kosmik fəzada üstünlüyə böyük önəm verir.

"Mən belə hesab edirəm ki, kosmosdan zərbə vurmaq məsələsinə bir neçə ildən sonra baxacağıq və biz (ABŞ HHQ) belə növ gücə malik olmaqla, bu yeni mübahisəli zonalarda birgə hərbi proseslərə rəhbərlik etməliyik. Bunu bizim ölkəmiz tələb edir", - deyə Qoldfeyn qeyd edib.

O fikirlərinə əlavə edib: "ABŞ-ın atəş gücünü artırmaqdan ötəri, bütün sahələrdə kəşfiyyat və kommunikasiya imkanlarımızı gücləndirməliyik: havada, yerdə, dənizdə, kosmosun kiber ənginliklərində”.

“Allahın çubuğu” ilə zərbə endiriləcək - Pentaqon kosmosda müharibə anonsu verdi

NASA-nın eksperti hesab edir ki, ABŞ kosmosdan "Allahın çubuğu" ilə zərbə endirməyi planlaşdırır.

Bundan başqa, Qoldfeyn Amerika Hərbi Hava Qüvvələrinə yeni nəsil komandanlar tələb olunduğunu vurğulayıb.

Nəşrin dəqiqləşdirdiyi məlumatlara görə, 2018-ci ildə ABŞ HHQ-nin kosmik proqramlarına ayırdığı büdcə xərcləri, 7,75 milyard dollar təşkil edir. Bu isə 2017-ci ilin büdcəsindən 20% çoxdur. Növbəti il üçün bu xərclərin 8,5 milyard dollara qədər artırılacağı planlaşdırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26