Ruslar Türkiyənin bu dağını kosmosdan çəkib ermənilərə verdi -
Türkiyənin Ağrı dağının kosmosdan çəkilmiş fotoları yayılıb.
Fotoları rusiyalı kosmonavt Serqey Ryazan çəkib.
Fotoları feysbuk səhifəsində paylaşan kosmonavt Ağrı dağının Ermənistana aid olduğunu iddia edib.
“Ararat (ermənilərin Ağrı dağına verdiyi ad) Ermənistanın ən yüksək vulkanik massividir. İki sönmüş vulkanın birləşmiş konuslarından ibarətdir: Böyük Ararat və Kiçik Ararat”, - deyə yazıb.
Qeyd edək ki, Ermənistan Türkiyənin Ağrı dağına da iddia edir. Hətta Ermənistan prezidenti Serj Sarkisyan bir neçə il öncə yeniyetmələr qarşısınsa çıxışı zamanı “Qarabağı biz aldıq, Ağrını də siz alacaqsınız” demişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26