Interposta.Info

CHP deputatı PKK-çıya “şəhid” dedi, ölkə qarışdı

Dünya
 20-02-2018, 11:23     9 187

Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Şenal Sarıxanın növbəti çıxışı Türkiyə ictimaiyyətini yerindən oynadıb.

Axar.az xəbər verir ki, Sarıxan CHP-nin qadın qrupunun toplantısında çıxışı zamanı Afrində gedən döyüşlərə münasibət bildirib.

“Övladlarımız gerçək olmayan iddialarla bir-bir şəhid edilir”, - deyən Sarıhan PKK terrorçularını “övlad”, cəsədlərini isə “şəhid” adlandırıb.

Onun bu əsassız fikirləri birmənalı qarşılanmayıb. Belə ki, Türkiyə sərhədində mövqe tutan PKK terrorçuları dəfələrlə mülki vətəndaşları hədəfə alan hücumlar həyata keçirib və keçirməkdə davam edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26