Interposta.Info

ABŞ Suriyada rus polkovnikini öldürdü –

Dünya
 9-02-2018, 10:57     10 403

Suriyada Əsəd rejiminin PKK-PYD mövqelərinə hücumu zamanı ölənlər arasında biri polkovnik olmaqla, 3 rus hərbçisi də olub.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” yazıb.

“Bölgə Suriyada ən zəngin neft yataqlarına sahibdir. Döyüşlərin əsas hədəfi Cafra, İsba və Tabiyada yerləşən zəngin neft-qaz yataqlarına sahib olmaqdır. Cümə gecəsi vurulan rejim mövqelərində 40-dan artıq İranla bağlantılı döyüşçü öldürülüb. Hadisənin yaşandığı ərazidə İŞİD ünsürləri olmayıb. Vurulan ərazilərdə bəzi rus əsgərləri də yaralanıb. Rus helikopterləri ölən və yaralı əsgərlərini Hmeymim hərbi bazasına daşıyıb”, - Deyr əz-Zordan olan aktivist Mahmud Əbu Firas deyib.

Qeyd edək ki, Suriyada Əsəd rejimi qüvvələri Deyr əz-Zor istiqamətində hücuma keçsə də, terrorçuların kəskin müqaviməti ilə rastlaşmışdı. ABŞ aviasiyası havadan PKK-PYD terrorçularına dəstək verərək, rejim qüvvələrinə zərbə endirmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26