Türkiyə hərbçiləri daha 1 il burada qalacaq - Türk üçbucağı

Türkiyə Hərbi-Dəniz Qüvvələrinin "Türk üçbucağı" yaratdığı və ən böyük xarici bazası sayılan Ədən körfəzində xidmət müddəti artırılıb.
Axar.az xəbər verir ki, BMT qərarı əsasında göndərilən TSQ-nın dəniz qüvvələri daha bir il Ədən körfəzində qalacaq.
Somali piratlarına qarşı mübarizə aparmaq üçün 2009-cu ilin fevralında körfəzə göndərilən Türkiyə hərbçiləri Türkiyə bayrağı altında üzən kommersiya gəmilərinin təhlükəsizliyini də təmin edir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26