Interposta.Info

ABŞ-ın gizli HƏDƏFİ: Türkiyənin “dərin dövləti” Ağ Evi ifşa etdi

Dünya
 7-02-2018, 17:01     9 339

“Hazırda ABŞ və Türkiyə Qərbi Asiyada savaşın iki qütbündə yer alır. Digər ölkələr bu qütbləşməyə görə mövqe tuturlar”.

Publika.az xəbər verir ki, bu fikirlə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek (“Dərin dövlət”in adamı olaraq tanınır – red.) “Aydınlıq” qəzetində dərc etdiyi yazısında çıxış edib.

Partiya sədri bununla da Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin müavini Öztürk Yılmaza cavab verib. Suriyanın şimalındakı döyüşü ABŞ-Rusiya döyüşü kimi xarakterizə edən Ö. Yılmazın sözlərinə görə, onlar Türkiyə üzərində qarşı-qarşıya gəliblər.

“Türkiyənin Vətən Savaşının qarşısındakı güc Amerika imperializmidir. Silahlandırdığı və hər sahədə dəstəklədiyi əlaltılarını Türkiyənin üzərinə göndərib. Gəldiyimiz nöqtədə ABŞ-ın əsas düşməni nə Rusiya, nə İran, nə də Suriyadır, ABŞ-ın əsas hədəfi Türkiyədir. ABŞ Türkiyənin müttəfiqləri olan ölkələri belə Türkiyəyə qarşı istifadə etməyə çalışır”, - D. Perincek bildirib.

Onun sözlərinə görə, “Bu döyüş ABŞ-Rusiya döyüşüdür” təbliğatı aparanlar türk millətini Vətən Savaşından uzaqlaşdırmaq istəyirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26