Interposta.Info

ABŞ Yaxın Şərqdə diz çökdü – Perinçək

Dünya
 28-08-2017, 19:58     10 472

Türkiyənin İran və Rusiya ilə razılığı Amerikanın Böyük Orta Şərq planını iflas etdirdi, ABŞ diz çökdü.

interposta.info
xəbər verir ki, bu sözləri İran və Rusiya Baş Qərargah rəislərinin Ankara səfərini Türkiyənin “Sputnik” agentliyinə şərh edən Vətən Partiyasının rəhbəri Doğu Perinçək deyib.

Doğu Perinçək bu səfərləri Suriya probleminin həllində Prezident Bəşər Əsədlə birlikdə olmaq üçün bu günə qədər atılan ən qərarlı addım kimi qiymətləndirib:

"Mart ayının sonlarında keçirilən Türkiyə və Rusiyanın gizli danışıqlarında Suriyayla birgə çalışmaq üçün qərar qəbul edildi. İndi də o qərarın nəticələri özünü göstərməyə başlayıb. Görəcəksiniz, bu addımlar son dərəcə məhsuldar nəticə verəcək”./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26