Interposta.Info

Türklər Adnan Oktarın kanalını bağlamağı tələb etdi: "Dayandırın yayımları" (VİDEO)

Dünya
 3-02-2018, 18:55     10 387

Adnan Oktarın dini mövzuda olduğunu iddia etdiyi proqramlarına görə Türkiyə Radio Televiziya Şurasına və Din İşləri Nazirliyinə çoxlu sayda şikayətlər daxil olub. A9 kanalı və internetdə yayımlanan proqramlarda İslam dini və türk xalqının əxlaqi dəyərləri yalnış şəkildə təbliğ olunur.

Artıq Din İşləri Naziri prof. Dr Ali Erbaş məsələyə sərt münasibət bildirərək bunları söyləyib:

"Bu kişi vaxtilə Yəhudilik və massonluq kitabını yazan bir qrupun başında idi. O indi özünün masson olduğunu söyləyir. O yəhudi və massonları təhqir etdiyinə görə cəza aldı. Həbsə düşmə səbəblərindən biri də Atatürkü təhqir etməsi olub. İndi isə özünü Atatürkçü adlandırır. Yəni başı pozulmuş bir insandır. O televiziyaları bağlamaq isə bizim işimiz deyil, kimə tabedirsə o bağlasın."

Qeyd edək ki, Türkiyə Radio Televiziya Şurası rəhbərliyli artıq məsələ ilə bağlı qərarını yaxın zamanda bildirəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26