Interposta.Info

Adnan Oktar barədə qərar verildi

Dünya
 6-02-2018, 21:55     10 414

Türkiyənin Radio və Televiziya Ali Şurası ictimaiyyətdə “Adnan Hoca” kimi tanınan Adnan Oktara məxsus “A9” telekanalının yüksək məbləğdə cərimə edilməsi və verilişin yayımının 5 dəfə dayandırılması ilə bağlı qərar verib.

Axar.az xəbər verir ki, buna səbəb Oktarın Dəyanət İşləri Nazirliyi barəsində xoşagəlməz və təhqiredici ifadələr işlətməsi olub.

Şikayətlərdən sonra “Hoca” barəsində araşdırmalara başlanılmış və onun bu yöndə olan ifadələrinin qəbuledilməz olduğu bildirilmişdi.

Qeyd edək ki, son 2 ay 15 gün müddətində Adnan Oktardan şuraya 444 şikayət məktubu ünvanlanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26