Interposta.Info

Kürdlər Türkiyəni şimali Suriyada demoqrafiyanı dəyişmək cəhdində ittiham edir

Dünya
 30-01-2018, 10:40     10 444

Türkiyə rəsmiləri ölkəyə məxsus hərbi qüvvələrin şimali Suriyaya müdaxiləsini kürd separatistlərini məğlub etmək və suriyalı qaçqınların yurdlarına qayıtmasına zəmin yaratmaq məramı ilə izah edir. Lakin kürdlər Ankaranın qaçqınlardan istifadə edərək ərazidə əhali dəyişikliyi həyata keçirəcəyindən ehtiyat edir.

Kürd rəsmilər bildirir ki, Ankara “sabitlik dəhlizi” yaratmaq amacında sərhəd regioninda demoqrafik tərkibi dəyişməyə çalışır. Onlar Türkiyəni hazırda ölkədə sığınacaq tapmış sünni ərəbləri regiona köçürməklə oradakı kürdləri azlığda qoymaq cəhdində ittiham edir.

Belə bir addım Türkiyənin PKK-nın (Kürdüstan Fəhlə Partiyası) törəməsi saydığı YPG-nin (Kürd Xalq Müdafiə Dəstələri) mövqelərini zəiflədə bilər.

Kürd siyasi fəallar Tvitterdə və sosial medianın müxtəlif portallarında başlatdıqları kampaniyada Türkiyəni “etnik təmizləmə” planı həyata keçirməkdə ittiham edirlər.

Sabiq ABŞ rəsmiləri də Prezident Rəcəb Tayyib Ərdoğanın start verdiyi Zeytun Budağı Əməliyyatının məramlarından narahatlıqlarını ifadə ediblər. “Türkiyə Afrində terrorizmə son qoymaq deyil, etnik təmizləməyə başlamaq məqsədi güdür,” deyə sabiq Pentaqon müşaviri və Amerika Sahibkarlıq İnstitutunun təhlilçisi Maykl Rubin bildirir.

Sabiq ABŞ elçisi Alberto Fernandez ötən həftə Ərdoğanın suriyalı qaçqınları Afrində yerləşdirmək haqda bəyanatını şərh edərəkən “əgər doğrudursa, onda bu o deməkdir ki, gözümüzün qarşısında Afrində etnik təmizləmə baş verəcək,” Tvitterdə yazıb.

Türkiyə rəsmiləri Suriyanın şimalında əhalinin tərkibini dəyişmək məramı haqda deyilənləri rədd edərək qoşunların əraziyə nəzarəti təmin etməsindən sonra on minlərlə suriyalı qaçqının vətənlərinə qayıdacağını gözlədiklərini deyiblər.

Hazırda Türkiyədə 3 milyondan çox suriyalı qaçqın var.

Ərdoğan 24 yanvarda söylədiyi nitqdə kütləvi əhali yerdəyişməsi haqda təlaşa səbəb olan bəyanatla çıxış edib. Ankarada prezident sarayında çıxışı zamanı Türkiyə prezidenti bildirib ki, Zeytun Budağı Əməliyyatının məqsədi Afrini “həqiqi sahiblərinə” qaytarmaqdır.

Birinci, biz terroristləri məhv edəcəyik və sonra, o yeri yaşamalı edəcəyik. Kiminçün? Bizim qonağımız olan 3.5 milyon suriyalı üçün.
Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti
“Birinci, biz terroristləri məhv edəcəyik və sonra, o yeri yaşamalı edəcəyik. Kiminçün? Bizim qonağımız olan 3.5 milyonl suriyalı üçün. Biz onları daimi şəkildə çadırlarda saxlaya bilmərik.” O, Afrinin kürd anklavı olduğu haqda deyilənləri rədd edib. “Afrində 55 faiz ərəbdir, 35 faiz kürd və yerdə qalanlar türkməndir.”

Yezidi kürd fəalları ötən həftə BMT-də çağırış edərək Afrin zonasında 21 kəndin müdafiəsinin təmin olumasını xahiş ediblər. "Yazda" adlanan qrup baş verə biləcək "hər hansı bir təmizlənməyə görə" Türkiyəni və onun tərəfində vuruşan dəstələri cavabdeh tutacağını bildirib ("Amerikanın səsi").

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26