Interposta.Info

Zərrabın Türkiyədə daha iki yaxtası müsadirə edildi –Prokurorluqdan qərar

Dünya
 29-12-2017, 11:56     10 390

ABŞ-da saxlanılan və İrana qarşı sanksiyaları pozmaqda günahlandırılan azərbaycanlı biznesmen Rza Zərrabın Türkiyədəki yaxtaları müsadirə edilib

Bu barədə İstanbul prokurorluğu qərar verib.

Rza Zərrabın Bodrum sahillərində lövbər tutan iki super yaxtasının müsadirə edildiyi bildirilir.

Biznesmenin Bodrumda olan və Malta bayrağı altında üzən Altmış İl adlı yaxtasının qiyməti 7 milyon avrodur. Gəminin uzunluğu 42 metrdir. Bani adlı digər yaxtanın uzunluğu isə 12 metrdir/Teleqraf.com.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26