Interposta.Info

Ərdoğan ada aldı: ərəb dünyası qorxuya düşdü?

Dünya
 28-12-2017, 11:51     9 150

Türkiyə ilə Sudan arasında imzalanmış Sevakin adası razılaşması ərəb ölkələrinin təhlükəsizliyi üçün təhdid deyil.

Axar.az xəbər verir ki, bu barədə Sudanın Səudiyyə Ərəbistanındakı səfirliyi açıqlama yayıb.

Səfirliyin mətbuat katibi Əhməd İbrahimi bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sudana səfəri zamanı imzalanmış razılaşma ərəb ölkələrini qorxutmamalıdır:

“Bu razılaşmanın Misirlə Sudan arasındakı mübahisəli Halaybin və Şelatin bölgəsi ilə heç bir əlaqəsi yoxdur. Səudiyyə mediasında yayımlanan “Sudan Sevakini Ankaraya verir və Türkiyəyə sarılır” xəbəri bizim müstəqil xarici siyasətimizə təhqirdir”.

Qeyd edək ki, Sudan Prezidenti Ömər əl-Bəşir Türkiyəyə ada verib. Prezident Ərdoğan sözügedən adada təmir-bərpa və abadlıq işləri aparacaqlarını deyib. Adada Türkiyənin bazasının açılması da gündəmdədir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26