Interposta.Info

Şok: Bu ölkədəki çevrilişin qarşısını Ərdoğan aldı - Təfərrüat

Dünya
 25-12-2017, 21:24     10 391

Qətər böhranı ilə bağlı yeni detallar ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu ilin 5 iyununda Körfəz böhranı sadəcə mühasirə ilə məhdudlaşmayıb. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətər əmirini devirib, yerinə Londondakı qardaşı oğlunu gətirmək niyyətində olublar. Belə ki, Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Şeyx Təmim bin Həmad əl-Saninin sarayını mühafizə altına alan Türkiyə qoşunları hücumun qarşısını alıblar.

Misir, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, bəzi ərəb ölkələri 5 iyunda Orta Şərqdə terrorizmə dəstək verməkdə" Qətəri ittiham edərək əlaqələrini kəsdiklərini açıqlayıblar. Bu isə Körfəz bölgəsində son illərdə görülən ən böyük diplomatik böhrana yol açmışdı. Ancaq Körfəz böhranının sanksiya ilə məhdud olmadığı, Səudiyyə Ərəbistanı və BƏƏ-nin Qətər əmirini devirib yerinə Londondakı qardaş oğlunu gətirmək istədikləri ortaya çıxıb. Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Şeyx Təmim bin Həmad əl-Saninin sarayını mühafizə altına alan Türkiyə qoşunları hücumun qarşısını alıblar.

Bu barədə danışan "Yeni Şəfəq" qəzetinin yazarı Məhməd Acət Türkiyənin Qətərə qarşı təşkil edilən dövlət çevrilişinə cəhdin qarşısını almaqda mühüm rol oynadığını diqqətə çatdırıb: "Bu, o qədər əhəmiyyətli bir roldur ki, o gün həmin kritik müdaxilə olmasaydı, hər şey başqa cür olacaqdı, yəqin ki, bölgənin tarixi də başqa cür yazılmış olardı. Adamlar (Səudiyyə Ərəbistanı) Amerikaya qayıdıb dedilər. Səninlə 350 milyard dollarlıq müqavilə bağladım. Sən də mənə dəstək ol, bu Qətər əmirini dəyişdirək. Məsələ bundan ibarətdir. Ancaq Ərdoğan buna icazə vermədiyi üçün iş uzandı".

Bildirilir ki, Qətərdə böhran daha da dərinləşəcəyi halda, Türkiyənin hərbi təyyarələri də Dohaya göndəriləcəkdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26