Interposta.Info

Əfqanıstanda partlayış: 7 ölü, 3 yaralı

Dünya
 24-12-2017, 19:47     10 330

Əfqanıstanın Hilmend əyalətində əldəqayırma partlayıcı qurğu partladılıb.

Trend-in məlumatına görə, partlayış nəticəsində 7 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb. İnsident Marja rayonunda baş verib.

Məlumata əsasən, mülki vətəndaşları daşıyan nəqliyyat vasitəsi yolun kənarına quraşdırılmış minaya toxunduqdan sonra partlayış baş verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26