Interposta.Info

Kiyevdə impiçment marşı başa çatdı: Saakaşvili sağollaşdı

Dünya
 18-12-2017, 07:45     10 448

Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları prezidentin impiçmenti haqqında qanunun qəbul edilməsi üçün Kiyevdə yürüşə başlayıblar.

Axar.az xəbər verir ki, məlumata görə, Saakaşvilinin tərəfdarları Şevçenko parkından Maydana doğru gedən yolun hərəkət hissəsində mütəşəkkil bir sütunla hərəkət edirlər. Əllərində Ukraynanın dövlət bayraqları və ukraynalı millətçilərin qırmızı-qara bayraqları var. Kiyevin mərkəzindəki yürüş səbəbi ilə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Qeyd edək ki, Maydana çatdıqdan sonra Saakaşvilinin tərəfdarları qarşısında gələcək planları barədə çıxış etməsi gözlənilir.

Saakaşvili tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayını ələ keçirib.

Bu barədə RİA məlumat yayıb.

Milli qvardiyanın müqavimətinə baxmayaraq, nümayişçilər giriş qapısını qırıb və saraya daxil olublar. Aksiya iştirakçılarına qarşı yanğınsöndürmə vasitələrindən istifadə edilsə də, bir nəticə verməyib.

Hətta qarşıdurma zamanı partlayıcı maddənin işə düşdüyü və bir neçə nümayişçinin yaralandığı bildirilib.

***
Mixail Saakaşvilinin çağırışı ilə nümayişçilər ələ keçirdikləri Oktyabr sarayını tərk ediblər.

Məlumata görə, kütlə Müstəqillik meydanına doğru hərəkət etməyə başlayıb.

Gürcüstanın eks-prezidentinin bildirdiyinə görə, hazırda sözügedən sarayda konsert gedir və insanların xəsarət almaması üçün oranı tərk etmək lazımdır:

“Gəlin, Maydana doğru hərəkət edək. Xahiş edirəm, birlikdə gedək”.

Yalnız bu çağırışdan sonra nümayişçilərin böyük bir hissəsi sarayı tərk edib.

***
Oktyabr sarayının ətrafında baş verən qarşıdurmalar zamanı 32 polis əməkdaşının yaralandığı bildirilib.

Bu barədə Kiyev polisi məlumat yayıb.

***

Saakaşvilinin rəhbərliyi ilə paytaxt Kiyevdə keçirilən “İmpiçment marşı” adlı nümayiş başa çatıb.

UNİAN-nın məlumatına görə, aksiya Konstitusiya meydanında Ali Radanın qarşısında Saakaşvlinin çıxışı ilə yekunlaşıb.

İştirakçılar isə biraz əvvəl toqquşmaların baş verdiyi Oktyabr sarayının ətrafında ərazini tərk etməyə başlayıb.

Məlumata görə Milli Qvardiyanın hərbçiləri hələ də saraya nəzarət edir.

Hərəkat rəhbəri Saakaşvili isə Qruşeb küçəsində tərəfdarları ilə sağollaşıb.

interposta.info

Kiyevdə impiçment marşı başa çatdı: Saakaşvili sağollaşdı
Kiyevdə impiçment marşı başa çatdı: Saakaşvili sağollaşdı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26