ABŞ-ın olduqca məxfi “Kabus ordusu” -
ABŞ dünyanın müxtəlif bölgələrinə 44 min “kabus əsgər” yerləşdirib.
Axar.az xəbər verir ki, bu barədə “Yeni şəfəq” qəzeti məlumat yayıb.
Qeydiyyata alınmayan bu əsgərlərin Pentaqonda “Naməlum” kateqoriyasında yer aldığını bildirilir. Məlumata görə, yerləri sirr saxlanılan bu əsgərlər təhlükəsizlik adı altında xaos yaratmaq əməliyyatlarında istifadə edilir.
Pentaqon sözçüsü Rob Manninq əsgərlərin təhlükəsizlik əməliyyatlarının bir parçası olduğunu deyib. O bildirib ki, Pentaqon özü də həmin əsgərləri izləmək bacarığına malik deyil.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın bir çox ölkəni öz gizli əsgərləri ilə hörümçək toru kimi bürüməsi haqda xəbərlər yayılmışdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26