Interposta.Info

Putinin ətrafının oğurladığı 1 trilyon dondurulur - Piontkovski

Dünya
 11-12-2017, 10:47     9 642

Yeni hökumət hakimiyyətə gələndə Krım və Donbasda cinayət törədənlər ilk növbədə rus xalqının qarşısında cavab verəcəklər.

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı müxalif siyasətçi Andrey Piontkovskinin “Novoye Vremya” qəzetində dərc olunan məqaləsində yer alıb.

“ABŞ bizə qarşı yeni sanksiyalar tətbiq edir. Bu sanksiyalar siyahısına bir çox oliqarxın adı düşüb. Bu şəxslər Rusiyadan 1 trilyon dollar oğurlayıblar. Bunların sırasında Putin də var. Doğrudur, oradakı hesablarda Putinin soyadı yoxdur, amma hamıya bəllidir ki, onunla eyni cəbhəni paylaşanlar kimlərdir. Bu pullar dondurulacaq, müsadirə olunacaq. Bu isə Rusiya rəhbərliyinə ciddi zərbədir. Şəxsi sanksiyaların tam tətbiqindən sonra nə olacağını demək çətindir. Diktatorluq hər zaman qəfildən yoxa çıxır. Muqabe 30 ildən çox idarə etdi, amma gözəl günlərin birində hərbçilər onun sarayına gəldilər və hakimiyyətdən uzaqlaşdırdılar. Yəni Qərb nə qədər Rusiyaya münasibətdə sərt mövqe göstərsə, Zimbabvedəki analoji hadisənin Kremldə reallaşması daha real olacaq. Putin inqilabla yox, saray çevrilişi ilə gedəcək. Onu yeni Qərb sanksiyalarının böyük zərbə vuracağı ətrafı devirəcək”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26