Interposta.Info

Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaqmı?

Dünya
 4-12-2017, 11:30     10 469

ABŞ İrana qarşı Səudiyyə Ərəbistanı-İsrail ittifaqından məhrum qala bilər

ABŞ prezidenti Donald Tramp dekabrın 6-da dünya siyasətinə dərin təsir göstərə biləcək addımlardan birinə imza atmalıdır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, həmin tarixdə o, ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərar qəbul etməli ya da bunu 6 aylığa təxirə salmalıdır.

Qeyd olunur ki, ABŞ səfirliyinin Qüdsə köçməsi haqqında qanun Konqres tərəfindən hələ 1995-ci ildə qəbul olunub. Lakin Yaxın Şərqdəki gərgin situasiya, habelə ABŞ-ın bölgədəki müsəlman müttəfiqlərini qəzəbləndirəcəyi əndişəsi ilə prezidentlər bu qanunun icrasını hər 6 aydan bir gecikdirir. D.Tramp seçkiqabağı vədlərinin birində mövcud ənənəni pozacağını vəd etsə də, iyun ayının əvvələrində sələflərinin izi ilə getməli oldu.

İsrail qəzetləri bu dəfə məsələnin olduqca real olduğunu yazırlar. “The Times of Israel” qəzeti Ağ Ev rəsmisindən aldığı məlumata söykənərək prezidentin müxtəlif variantları gözdən keçirdyini qeyd edib. “Tramp üçün Qüdsü İsrail paytaxtı kimi tanımaq heç vaxt dilemmaya çevrilməyib. O sadəcə bunu necə həyata keçirəcəyini götür-qoy edir”, - mənbə bildirib.

Bu ilin oktyabr ayında D.Tramp TBN adlı xrisitan dini yönümlü kanala verdiyi müsahibədə ABŞ-ın səfirliyi köçürməzdən qabaq fələstinlilərlə israillilər arasında sülhə nail olmaq istədiyini bildirmişdi.

İndi prezidentin qarşısında 3 seçim var.

Birincisi Qüdsü vahid və bölnüməz olaraq İsrailin paytaxtı olaraq qəbul etmək.

İkincisi, ərəb versiyasında olduğu kimi, Şərqi Qüdsü gələcək müstəqil Fələstin dövlətinin, Qərbi Qüdsü isə İsrailin paytaxtı olaraq tanımaqdır.

Nəhayət, üçüncüsü bu məsələni Ərəb-İsrail münaqişəsinin başa çatmasına qədər təxirə salmaqdır.

D.Trampın planları Fələstin rəhbərliyini hərəkətə keçməyə məcbur edib.

“Milliyet”in verdiyi xəbərə görə, Fələstin xarici işlər naziri Riyad əl Maliki Ərəb dövlətləri liqası və İslam Əməkdaşlıq Təşkilatını təcili toplantı keçirməyə çağırıb. Bununla bağlı Ərəb liqasının baş katibi Əhməd Əbu Qayt və İƏT-in baş katibi Yusif ibn Əhməd Əl Üseymim ilə əlaqə yaradılıb.

ABŞ prezidentinin İsraili sevindirəcək qərarı onun bölgədəki ən yaxın ərəb müttəfiqlərinin belə qəzəbinə səbəb olub.

Qüdsdəki müqəddəs abidələrin əmanətçisi stasutunu da daşıyan İordaniya kralı II Abdullah bu qərarın sülh prosesini dayandıracağı və bölgədə ekstremizm və radikallığı artıracağı barədə xəbərdarlıq edib.

“Həmas” isə Qüdsün “yəhudi paytaxtı” kimi tanınmasının rəsmiləşdirlməsini təcavüz aktı kimi dəyərləndirəcəklərini və yeni “intifada” yəni böyük Fələstin üsyanı çıxaracaqlarını bəyan edib.

Bu qərar ABŞ-ın bölgədə güvəndiyi Mahmud Abbas hökumətini də pis vəziyyətə qoyur. Belə ki, Fələstin prezidenti həm küçədəki iğtişaşlara nəzarəti itirmək təhlükəsi ilə üzləşə, həm də “Həmas” tərəfindən ələ keçirilən Qəzza bölgəsini yenidən geri qaytarmaq şansını əldən verə bilər.

Bununla bağlı “Fəth” və “Həmas” arasında danışıqlar uğurlu templə davam edir. Lakin Qüds uğrunda savaş əlindəki silahlı qüvvələrin buraxılmasını qəbul etməyən “Həmas”in əlini gücləndirməkdən başqa bir işə yaramır.

Yaranan situasiya Səudiyyə Ərəbistanın da ziyanına işləyir. Krallıq üçün yeni “intifada” İranın güclənməsi deməkdir. Çünki məhz Tehran “Həmas” və “Hizbullah” güclərinin İsrailə qarşı müqavimət cəbhəsinin birləşdirilməsini təmin edir.

Ekspertlərin fikrincə, Vaşinqton yeni addımı ilə İraqda olduğu kimi bu bölgədə də Tehranın mövqelərini möhkəmlədir. Bu halda Səudiyyə Ərəbistanı da İrana qarşı bilrikdə hərəkət etdiyi İsrailə əleyhinə məcburən bölgədəki qüvvələri dəstəkləmək məcburiyyətində qala bilər.
Analitiklərin rəyinə görə, D.Tramp səfirlik məsələsində tələskəniliyə yol versə İrana qarşı uzun müddətdən bəri qurmağa çalışdığı İsrail-Səudiyyə körpüsünü də uçura bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26