Dünya böyük təhlükə ilə üz-üzə:
Dünyanın nüfuzlu menecment konsultinq şirkəti "McKinsey" yaxın gələcəkdə avtomatlaşmanın genişlənməsi nəticəsində bəzi biznes sahələrinin yox olacağı ilə bağlı hesabat yayımlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "İtirilən və qazanılan peşələr: avtomatlaşma dövründə əməyin transformasiyası" adlı hesabatda 2030-cu ildən etibarən 30 milyon insanın iş yerlərini itirəcəyi qeyd edilir.
Hesabatda həmçinin göstərilir ki, önümüzdəki 13 il ərzində mövcud iş gücünün 60 faizini robotlar yerinə yetirəcək.
Avtomatlaşdırılma zamanı əsasən fast-food işçiləri, maşın operatorları, bağbanlar, santexniklər və baxıcılar iş yerlərini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalacaqlar.
Buna baxmayaraq yeni peşə sahələrinin də yaranacağı istisna edilmir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26