Interposta.Info

Dünya Bankından Azərbaycanla bağlı hesabat – İnsan kapitalı gücləndirilməlidir

İqtisadiyyat
 17-09-2020, 21:11     611

Azərbaycan səhiyyə və təhsil sahəsində irəliləyişə nail olsa da, öz insan kapitalını gücləndirməyə daha çox sərmayə qoymalıdır.

Bu Dünya Bankının hesabatında öz əksini tapıb.

DB-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, hesabatda Azərbaycanda gənclər, Avropa və Orta Asiya regionunun digər hissələrində olduğu kimi, uşaqlıq və yeniyetməlik illərində sağlamlıq və təhsilə davamlı yatırımlar sayəsində məhsuldar yetkin insana çevrilmək imkanına malik olduğu qeyd olunub.

Sözügedən hesabatda 103 ölkənin 2010-2020-ci illər arasındakı dövrdə insan kapitalı sahəsində inkişafı təhlil olunur.

Qeyd olunur ki, Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir.

"Lakin, Covid-19 pandemiyası və onun nəticəsində əmtəə bazarlarında baş vermiş təlatümlər bu günədək əldə edilmiş nailiyyətləri təhlükə altına qoyur. İctimai sağlamlığın qorunması məqsədilə tətbiq edilmiş pandemiya ilə bağlı məhdudiyyətlər səhiyyə və təhsil xidmətlərinin təmin edilməsini bir sıra çağırışlarla üz-üzə qoyur" deyə hesabatda vurğulanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26