Interposta.Info

İŞİD-dən təhdid posterləri: Yeni il gecəsi terror olacaq - Foto

Dünya
 27-11-2017, 07:30     10 369

İŞİD üzvləri Yeni il gecəsi terror aktı törədəcəklərinin anonsunu verib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 dekabr 2016-cı ildə əyləncə məkanı “Reyna”da 39 adamın ölümü ilə nəticələnən terror hadisəsi törədən İŞİD-çilərin bu ilin sonunda İngiltərə, Almaniya və Fransada bənzər hücumlar təşkil edəcəkləri barədə xəbərlər yayılıb. Belə ki, “BlackOps Cyber” ​​tərəfindən ələ keçirildiyi bildirilən şəkillərdə İŞİD-çilərin Milad əvvəlində İngiltərə, Almaniya və Fransaya hücum etməyi hədəflədiyi deyilir.

Fotolarda "Yaxında sizin tətilinizi" ifadəsi ingilis, alman və fransız dilində yazılıb. Posterin birində Eyfel qülləsinin qarşısında əli bıçaqlı terrorçu şəkl, digər posterdə isə Londonun ən çox adam olan prospektlərindən biri olan Regent Street-də terrorçunun qarşısında diz çökən şaxta baba təsvir edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26