Interposta.Info

Müğənni klipində banan yediyi üçün həbs olundu -

Dünya
 20-11-2017, 20:13     10 316

Misirdə Şima adlı pop musiqiçinin son klipində yediyi banan başına bəla olub.

interposta.info xarici mətbuata istinadən xəbər verir ki, misirli müğənni alt paltarıyla erotik tərzdə banan yediyi üçün saxlanılıb.

Misir məhkəməsi qadının seks obyekti olmamasını vurğulayıb. Həmçinin məhkəmədə 18 yaşından aşağı uşaqların rahat şəkildə izləyə biləcəyi klipin bu dərəcədə porno mövzulu olmaması gərəkdiyi və Şimanın həbs olunması barədə qərar verilib.

Müğənni isə insanların sərt reaksiyasından sonra "facebook” hesabında yazaraq hər kəsdən üzr istəyib: "Klipi izləyənlər və onu yanlış şəkildə anlayan hər kəsdən üzr istəyirəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26